"Yuventus" səfərdə "Napoli"ni məğlub edib

"Yuventus" səfərdə "Napoli"ni məğlub edib Bakı. 4 mart. REPORT.AZ/ Turinin Yuventus klubu İtaliya çempionatının 26-cı turunda Napolini 2:1 hesabı ilə məğlub edib.
Futbol
4 Mart , 2019 01:26
Yuventus səfərdə Napolini məğlub edib

Bakı. 4 mart. REPORT.AZ/ Turinin "Yuventus" klubu İtaliya çempionatının 26-cı turunda "Napoli"ni 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş Neapol şəhərinin "San-Paolo" stadionunda baş tutub.

Baş hakim Canluka Rokkinin idarə etdiyi oyunda meydan sahibləri 25-ci dəqiqədə artıq azlıqda qalıblar. Qapıçı Aleks Meret Kriştianu Ronalduya qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Təyin olunan cərimə zərbəsini isə Miralem Pyaniç dəqiq yerinə yetirərərək, oyunda hesabı açıb.

Birinci hissənin sonunda Əmrə Can Federiko Bernardeskinin ötürməsini baş zərbəsi ilə qola çevirərək, qonaqların üstünlüyünü iki topa çatdırıb.

İkinci hissənin əvvəlində Pyaniçin meydandan qovulmasından sonra komandaların heyətində bərabərlik yaranıb. Matçın 61-ci dəqiqəsində Xose Kalyexon hesab arasındakı fərqi azaldıb. Oyunun sonlarında isə "Napoli"nin məğlubiyyətdən qaçması üçün şans yaranıb.

Lakin İnsinye penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu oyundan sonra "Yuventus" 72 xal toplayıb və A Seriyasının turnir cədvəlində liderliyini davam etdirir. "Napoli" 56 xal ilə ikinci pillədə qərarlaşıb.

İtaliya A Seriyası. 26-cı tur

"Napoli" - "Yuventus" - 1:2

Qollar: 0:1 – Pyaniç – 28, 0:2 – Can – 39, 1:2 – Kalyexon – 61

Qırmızı vərəqə: Meret, 25 – Pyaniç, 47

Son xəbərlər

Orphus sistemi