"Yuventus" "Roma"nı məğlub etdi

"Yuventus" "Roma"nı məğlub etdi Futbol üzrə İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü "Yuventus" və "Roma" komandaları arasında keçirilib.
Futbol
6 Fevral , 2021 23:23
Yuventus Romanı məğlub etdi

Futbol üzrə İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü "Yuventus" və "Roma" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Turindəki "Alyants" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. Bu, portuqaliyalı hücumçunun 30 yaşından sonra vurduğu 300-cü qol kimi tarixə düşüb. Hazırda 36 yaşlı forvardın aktivində 763 top var.

70-ci dəqiqədə isə qonaq komandanın futbolçusu Rojer İbanyes topu öz qapısına göndərib.

Bu qələbə sayəsində 20 oyundan 42 xal yığan "Yuventus" 3-cü pilləyə yüksəlib. 21 oyundan 40 xala malik "Roma" isə 4-cü pilləyə enib.

Son xəbərlər

Orphus sistemi