"Yuventus" qışda Slovakiya millisinin futbolçusunu transfer edə bilər
Futbol
- 08 dekabr, 2024
- 11:21
İtaliya təmsilçisi "Yuventus" qış "transfer pəncərəsi"ndə Slovakiya millisinin müdafiəçisi David Qançkonu heyətinə qatmağı düşünür.
"Report" "Football İtalia La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, turinlilər adıçəkilən oyunçunu transfer etmək üçün onun çıxış etdiyi "Feyenoord" (Niderland) klubu ilə razılığa gəlməyə çalışır.
"Qoca sinyora" zədəli olan müdafiəçisi Qleyson Bremerin boşluğunu 26 yaşlı futbolçu ilə doldurmağı planlaşdırır.
Qeyd edək ki, D.Qançko 2022-ci ildən "Feyenoord"un şərəfini qoruyur. O, cari mövsüm Niderland klubunun heyətində 21 oyun keçirib və 2 qol vurub.
Son xəbərlər
09:45
Komitə sədri: Hazırda WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Xarici siyasət09:40
Anar Quliyev: WUF13-ə hazırlıq tam sürətlə davam edir
İnfrastruktur09:38
FIBA Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi İspaniya ilə qarşılaşacaq
Komanda09:23
Ruzanna Məmmədova: "Avropa çempionatında kürsüdən düşməmək məqsədim var idi"
Fərdi09:06
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.03.2026)
Maliyyə09:00
"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq
Futbol09:00
Türkiyədə avtobusla yük maşını toqquşub, 10-dan çox şəxs xəsarət alıb
Region09:00
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Xarici siyasət08:55