"Yuventus" "Napoli"yə məğlub olub

"Yuventus" "Napoli"yə məğlub olub Futbol üzrə İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü Napoli və Yuventus arasında keçirilib.
Futbol
27 Yanvar , 2020 01:51
Yuventus Napoliyə məğlub olub

Futbol üzrə İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü "Napoli" və "Yuventus" arasında keçirilib.

"Report"un məlumatına görə, Neapoldakı "San-Paolo" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 63-cü dəqiqədə Pyotr Zelinski açıb. 86-cı dəqiqədə Lorentso İnsinye fərqi artırıb.

90-cı dəqiqədə isə Kriştianu Ronaldu təsəlli qolunu vurub.

Çempionatda ikinci məğlubiyyətlə üzləşməsinə baxmayaraq, "Yuventus" 21 oyundan 51 xalla 1-ci pillədə qərarlaşıb. 27 xala malik "Napoli" isə 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, bu görüş həm də "Yuventus"un hazırkı baş məşqçisi Mauritsio Sarrinin keçmiş komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olub.

Son xəbərlər

Orphus sistemi