"Yuventus" - "Napoli" oyunu niyə baş tutmadı?

"Yuventus" - "Napoli" oyunu niyə baş tutmadı? Futbol üzrə İtaliya A Seriyasında III turun "Yuventus" - "Napoli" görüşü baş tutmayıb.
Futbol
5 Oktyabr , 2020 02:56
Yuventus - Napoli oyunu niyə baş tutmadı?

Futbol üzrə İtaliya A Seriyasında III turun "Yuventus" - "Napoli" görüşü baş tutmayıb.

"Report"un məlumatına görə, Napoli təmsilçisi heyətində koronavirus testi müsbət çıxanların olduğunu əsas gətirərək, Turinə yollanmayıb. Onlardan 2-nin futbolçular - Pyotr Zelinski və Elif Elmas, 1-nin isə texniki heyətdən olduğu bildirilib.

Oktyabrın 4-də "Alyans" stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlanmalı olan görüşə "Yuventus" komandası və hakimlər vaxtında çıxıb. Qaydalara əsasən, qonaq komanda ilk yarının son anına qədər meydana ayaq basmalı idi. Amma "Napoli" bunu edə bilmədiyindən, baş hakim Daniele Doveri final fitini səsləndirib.

Qaydalara əsasən, "Napoli"yə 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi