"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub - VİDEO

"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub - VİDEO Bakı. 16 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Ciddə şəhərində Yuventus və Milan komandaları arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
Futbol
16 Yanvar , 2019 23:52
Yuventus Milana qalib gələrək İtaliya Superkubokunun sahibi olub - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Yuventus""Milan" komandaları arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

"Report"un məlumatına görə, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştianu Ronaldu vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə alıb.

"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldu isə yeni komandasında ilk tutula sahib olub.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.

İtaliya Superkuboku. Final

"Yuventus" – "Milan" - 1:0

Qol: 1:0 – Ronaldu – 61

Qırmızı vərəqə: Kessyö, 73 ("Milan")

Son xəbərlər

Orphus sistemi