"Yuventus" "Leççe"ni darmadağın edib

"Yuventus" "Leççe"ni darmadağın edib İtaliya çempionatının 29-cu turunun matçında Yuventus Leççeni 4:0 hesabı ilə darmadağın edib.
Futbol
27 İyun , 2020 02:18
Yuventus Leççeni darmadağın edib

İtaliya çempionatının 29-cu turunun matçında "Yuventus" "Leççe"ni 4:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, görüş Turinin "Alyans" stadionunda olub. 

Matçın 31-ci dəqiqəsində qonaqlar Fabio Luçionenin meydançadan kənarlaşdırılmasına görə azlıqda qalıblar. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb — Paulo Dibala Kriştianu Ronaldunun ötürməsi ilə fərqlənib. 62-ci dəqiqədə meydan sahibləri hesabı 2:0-a çatdırıblar - Ronaldu 11 metrlik cərimə zərbəsini qola çevirib.

Matçın sonunda Qonsalo İquain üçüncü qolu vurub. Lakin bu da son olmayıb. Bir qədər sonra Duqlas Kosta qonaqları son dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

Bu qələbədən sonra "Yuventus" 69 xal yığaraq, A Seriyasının yarış cədvəlinə liderlik edir. Aktivində 25 xalı olan "Leççe" 18-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi