"Yuventus" İtaliya Kubokunun yarımfinalına yüksəlib

"Yuventus" İtaliya Kubokunun yarımfinalına yüksəlib "Yuventus" İtaliya Kubokunun 1/4 final matçında SPAL-ı qəbul edib.
Futbol
28 Yanvar , 2021 02:39
Yuventus İtaliya Kubokunun yarımfinalına yüksəlib

"Yuventus" İtaliya Kubokunun 1/4 final matçında SPAL-ı qəbul edib.

“Report” xəbər verir ki, görüş Turində keçirilib və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə qurtarıb.

Turinlilər hesabı görüşün 16-cı dəqiqəsində açıblar - Alvaro Morata penaltini dəqiq yerinə yetirib. 33-cü dəqiqədə Canluka Frabotta hesab arasındakı fərqi artırıb. “Yuventus” 78-ci dəqiqədə Deyan Kulusevskinin qolu ilə hesabı 3:0-a çatdırıb. Oyunda son nöqtəni Federiko Kyeza qoyub – 4:0.

Beləliklə, "Yuventus" İtaliya Kubokunun yarımfinalına çıxıb. Andrea Pirlonun yetirmələri növbəti matçda Milan "İnter"i ilə qarşılaşacaqlar. Yarımfinal görüşləri fevralın 3-ü və 10-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi