"Yuventus" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb
Futbol
- 04 fevral, 2025
- 07:35
İtaliyanın "Yuventus" klubu İngiltərə təmsilçisi "Nyukasl"dan Lloyd Kellini icarəyə götürüb.
"Report" xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Yuventus" futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürüb.
"Transfermarkt"in məlumatına görə, icarə haqqı 3,8 milyon avro təşkil edib. Satınalma qiyməti isə 17,2 milyon avro olacaq.
Qeyd edək ki, L.Kelli "Nyukasl"ın heyətində cari mövsüm meydana çıxdığı 14 oyunda bir məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər
00:42
İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib
Digər ölkələr00:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Komanda00:13
Bu gün Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Energetika23:45
Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib
Digər ölkələr23:39
Pezeşkian: ABŞ-nin blokada və təhdidləri münaqişənin sülh yolu ilə həllinə mane olur
Region23:27
Valdas Dambrauskas: "Azərbaycanda olduğu qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm"
Futbol23:26
Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
Energetika23:16
Türkiyə ilə Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət23:11