"Yuventus" İtaliya Kubokunun finalında "Milan"ı darmadağın edib - VİDEO

"Yuventus" İtaliya Kubokunun finalında "Milan"ı darmadağın edib - VİDEO Görüş 4:0 hesabı ilə Turin komandasının xeyrinə başa çatıb
Futbol
10 May , 2018 01:10
Yuventus İtaliya Kubokunun finalında Milanı darmadağın edib - VİDEO

Bakı. 10 may. REPORT.AZ/ "Yuventus" futbol üzrə İtaliya Kubokunun 2017/18-ci illər mövsümünün finalında "Milan" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Romanın "Olimpiko" stadionunda keçirilən görüş 4:0 hesabı ilə Turin komandasının xeyrinə başa çatıb.

Matçda bütün qollar ikinci hissədə vurulub. Müdafiəçi Mehdi Benatia dubl edib, daha bir qolu isə xavbek Duqlas Kosta vurub. Oyunda son nöqtəni milanlıların forvardı Nikola Kaliniç qoyub. O, topu öz qapısına göndərib.

Beləliklə, "Yuventus" ardıcıl dörd, tarixində isə 13-cü dəfə İtaliya Kubokunun qalibi olub. Qələbə sayına görə turinlilərin ən yaxın izləyicisi "Roma"dır (9), "Milan" Kuboka 5 dəfə sahib çıxıb.

İtaliya Kuboku. Final

"Yuventus" – "Milan" - 4:0

Qollar: 1:0 – Benatia – 56, 2:0 – Kosta – 61, 3:0 – Benatia – 64, 4:0 – Kaliniç – 76 (avtoqol).

Son xəbərlər

Orphus sistemi