"Yuventus"da koronavirusa yoluxan futbolçuların sayı artdı

"Yuventus"da koronavirusa yoluxan futbolçuların sayı artdı 27 yaşlı italiyalı vinger karantinə alınıb
Futbol
6 Aprel , 2021 13:49
Yuventusda koronavirusa yoluxan futbolçuların sayı artdı

İtaliyanın "Yuventus" klubunda daha bir futbolçu koronavirusa yoluxub.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Federiko Bernardeskinin də testi müsbət çıxıb.

27 yaşlı italiyalı vinger karantinə alınıb.

Qeyd edək ki, "Yuventus"da daha əvvəl Leonardo Bonuççi və Merih Demiralda infeksiya aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi