“Yuventus”da ciddi dəyişikliklər gözlənilir

“Yuventus”da ciddi dəyişikliklər gözlənilir Qarşıdan gələn mövsüm ərəfəsində kimi “Yuventus”da qlobal dəyişikliklər baş verə bilər – klub prezidentini və idman direktorunu dəyişməyə hazırlaşır
Futbol
1 May , 2021 04:51
“Yuventus”da ciddi dəyişikliklər gözlənilir
Kriştianu Ronaldu və Andrea Pirlo

Qarşıdan gələn mövsümə kimi İtaliyanın “Yuventus” klubunda ciddi dəyişikliklər baş verə bilər – klub prezidentini və idman direktorunu dəyişməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri yazıb.

Andrea Pirlonun "Yuventus"un baş məşqçisi vəzifəsindən tezliklə azad ediləcəyi ilə bağlı artan söz-söhbətlər fonunda, Masimiliano Aleqrinin son günlər Turində göründüyü deyilir. Onun qərargahına klubun keçmiş müdafiəçisi Andrea Bartsalyi qoşula bilər.

Bununla yanaşı, “Yuventus”un bu mövsüm göstərdiyi zəif oyunun qurbanı klubun hazırkı prezidenti, Super Liqanın əsas memarlarından olan Andrea Anyeli ola bilər. Qeyd edilir ki, onun yerini direktorlar şurasının üzvü Alesandro Nasi tutmağa hazırdır.

“Qoca sinyora”nın idman direktoru Fabio Paratiçi də işini itirmək təhlükəsi altındadır - onu “Napoli”dən həmkarı Kristian Cuntoli və hazırda “İnter”də çalışan Cuzeppe Marotta əvəzləyə bilərlər. Bu vəzifənin Alesandro Del Pyero və ya David Trezeqe tərəfindən tutulacağı istisna edilmir.

Miqyaslı dəyişikliklər Turin klubunun əsas oyunçularına da təsir edə bilər – Kriştianu Ronaldu Paulo Dibalanın taleyi sual altında qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi