"Yuventus" braziliyalı hücumçunu transfer etmək istəyir

"Yuventus" braziliyalı hücumçunu transfer etmək istəyir Braziliyanın "San Paulu" komandasında çıxış edən Brener Souza da Silva karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirə bilər.
Futbol
26 Dekabr , 2020 15:19
Yuventus braziliyalı hücumçunu transfer etmək istəyir
Brener Souza da Silva

Braziliyanın "San Paulu" komandasında çıxış edən Brener Souza da Silva karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirə bilər.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Turin təmsilçisinin gündəmindədir.

Forvard 2017-ci ildə "San Paulu"da debüt edib. Silvanın klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Brener Souza da Silva cari mövsüm 20 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi