"Yuventus" "Atalanta"ya məğlubiyyətdən xilas olub

"Yuventus" "Atalanta"ya məğlubiyyətdən xilas olub İtaliya A Seriyasının XXV turunda ikinci oyun gününün mərkəzi görüşü "Atalanta" və "Yuventus" arasında keçirilib.
Futbol
14 Fevral , 2022 01:53
Yuventus Atalantaya məğlubiyyətdən xilas olub

İtaliya A Seriyasının XXV turunda ikinci oyun gününün mərkəzi görüşü "Atalanta" və "Yuventus" arasında keçirilib.

"Report"un məlumatına görə, Berqamo şəhərindəki "Geviss Stadium"da təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

76-cı dəqiqədə Ruslan Malinovski meydan sahiblərini hesabda önə çıxarıb. Qonaq komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə Danilonun qolu ilə qurtulub.

Bu nəticədən sonra "Yuventus" 26 oyundan 47 xalla 4-cü, "Atalanta" isə 25 matçdan 45 xalla 5-ci pillədə qalıb. Turnir cədvəlinə 25 oyundan 55 xalla "Milan" rəhbərlik edir. 24 qarşılaşmadan 54 xala malik "İnter" 2-ci, 25 görüşə 53 xal yığan "Napoli" 3-cüdür.

Son xəbərlər

Orphus sistemi