"Yuventus" "Atalanta" ilə məğlubiyyətdən son dəqiqələrdə xilas olub

"Yuventus" "Atalanta" ilə məğlubiyyətdən son dəqiqələrdə xilas olub İtalyan A Seriyasının 32-ci turunun matçında "Atalanta" "Yuventusla" qarşılaşıb.
Futbol
12 İyul , 2020 01:52
Yuventus Atalanta ilə məğlubiyyətdən son dəqiqələrdə xilas olub

İtaliya A Seriyasının 32-ci turunun matçında "Atalanta" "Yuventus"la qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Turində “Alyans-Yuventus” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Matçda hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata "Atalanta"nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə "Atalanta"nı növbəti dəfə hesabda önə çıxarıb.

"Yuventus" Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən yaxa qurtarıb. 

"Yuventus" 32 turdan sonra 76 xal toplayıb. Komanda bununla A Seriyasında birinci yerə yüksəlib. "Atalanta" isə 67 xal toplayaraq üçüncü yerlə kifayətlənməli olub.

Son xəbərlər

Orphus sistemi