"Yuventus" argentinalı futbolçu ilə maraqlanır

"Yuventus" argentinalı futbolçu ilə maraqlanır Fransanın PSJ klubunun futbolçusu Anxel di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
Futbol
10 Oktyabr , 2020 16:30
Yuventus argentinalı futbolçu ilə maraqlanır
Anxel Di Mariya

Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Turin təmsilçisi argentinalı oyunçunu qış transfer dönəmində heyətinə qatmağı nəzərdə keçirəcək. Daha əvvəl Di Mariyanı İspaniya "Barselona"sı da istəyib.

Qeyd edək ki, Anxel di Mariya 2015-ci ildən PSJ-nin formasını geyinir.

Son xəbərlər

Orphus sistemi