"Yuventus" Aaron Remsi ilə müqavilə bağlayıb
Futbol
- 11 fevral, 2019
- 19:28
Bakı. 11 fevral. REPORT.AZ/ Turin "Yuventus"u öz rəsmi saytında London "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi ilə müqavilə bağladığını elan edib.
“Report” xəbər verir ki, uelsli futbolçu 1 iyul 2019-cu il tarixindən Turin komandasının oyunçusu olacaq. Həmin tarixdə onun ingilis klubu ilə müqaviləsinin vaxtı bitəcək.
KİV-in məlumatına görə, Remsinin Turin klubunda illik maaşı 23 milyon avrodan çox olacaq. "Arsenal" futbolçunu komandada saxlamağa çalışsa da, onu əmək haqqı ilə bağlı razı sala bilməyib.
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunda milli çempionatda 22 oyun keçirib və iki qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə edib. Eləcə də, onun hesabında Avropa Liqasında üç oyun və bir qol var.
Son xəbərlər
18:55
Şefçoviç Epşteynlə hər hansı əlaqəsini təkzib edib
Digər ölkələr18:54
Video
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Digər18:53
Foto
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında WUF13-ə həsr olunmuş tədbirlər keçirilib
Xarici siyasət18:49
Ərdoğan: Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır
Digər ölkələr18:30
"Gənclər paytaxtı"nın simvolik açarı Sumqayıtdan Goranboya təhvil verilib
Daxili siyasət18:26
Azərbaycan Yüksək Liqası: "Azərreyl" XII turda qələbə qazanıb
Komanda18:23
Foto
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
Media18:22
"Nar" və Azərbaycan Gənclər Fondu "GəncVİZYON" layihəsinə start verir
İKT18:19