"Yuventus" 9 mövsümün ən pis nəticəsini göstərdi

"Yuventus" 9 mövsümün ən pis nəticəsini göstərdi İtaliyanın "Yuventus" klubu cari mövsüm antirekorda imza atıb
Futbol
16 Fevral , 2021 09:15
Yuventus 9 mövsümün ən pis nəticəsini göstərdi

İtaliyanın "Yuventus" klubu cari mövsüm antirekorda imza atıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, Turin təmsilçisi son 9 mövsümdəki ən pis nəticəsini göstərib.

XXII turda səfərdə "Napoli"yə 0:1 hesabı ilə uduzan komanda 42 xal toplayıb. Bu isə 2011/2012 mövsümündən sonra ən pis göstəricidir.

Andrea Pirlonun baş məşqçi olduğu komanda 12 oyunda qalib gəlib, 6-da heç-heçə edib, 3 dəfə məğlub olub. Son ölkə çempionu rəqiblərindən bir oyun az keçirib.

Qeyd edək ki, "Yuventus" hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb. Turin klubu lider "İnter"dən 8 xal geridədir.

Son xəbərlər

Orphus sistemi