"Yuventus" 43 yaşlı Buffonla müqaviləni yeniləyir

"Yuventus" 43 yaşlı Buffonla müqaviləni yeniləyir İtaliyanın "Yuventus" klubu oyunçusu Canluici Buffonla yeni müqavilə imzalayacaq.
Futbol
27 Yanvar , 2021 15:31
Yuventus 43 yaşlı Buffonla müqaviləni yeniləyir
Canluici Buffon

İtaliyanın "Yuventus" klubu oyunçusu Canluici Buffonla yeni müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Tankredi Palmyeri özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, yanvarın 28-də 43 yaşı tamam olacaq qolkiper daha bir mövsüm oynamaq istəyir.

Buffonun sözləşməsinin müddəti 2022-ci ilin yayınadək uzadılarsa, o, A Seriyasında ən yaşlı oyunçu kimi tarixə düşmüş "Latsio"nin sabiq qolkiperi Marko Ballottanın (44 yaş 1 ay 8 gün) rekordunu yeniləyəcək. Çünki Buffon 2021/2022 mövsümünün sonunda 44 yaş 4 aylığında olacaq.

Qeyd edək ki, cari mövsüm "Yuventus"un heyətində 6 oyun keçirən Canluici Buffon 4 qol buraxıb.

Son xəbərlər

Orphus sistemi