Vahid Ələkbərov oğlunu "Spartak" rəhbərliyinə gətirdi

Vahid Ələkbərov oğlunu "Spartak" rəhbərliyinə gətirdi Rusiyanın "Spartak" klubunun Direktorlar Şurasına iki yeni üzv qəbul olunub
Futbol
260
3 May , 2021 13:29
Vahid Ələkbərov oğlunu Spartak rəhbərliyinə gətirdi
Vahid Ələkbərov

Rusiyanın "Spartak" klubunun Direktorlar Şurasına iki yeni üzv qəbul olunub.

"Report"un məlumatına görə, bunlar Zarema Salihova və Yusuf Ələkbərovdur.

Salihova eyni zamanda klubun Audit və Mükafatlandırma Komitəsinə rəhbərlik edəcək. O, "qırmızı-ağlar"ın prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.

Zarema Salihova və Leonid Fedu
Zarema Salihova və Leonid Fedu

Yusuf Ələkbərov isə klubun daha bir səhmdarı, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun oğludur.

Hər iki şəxs səhmdarların ümumi yığıncağının qərarı ilə klub rəhbərliyinə gətirilib.

Qeyd edək ki, hazırda "Spartak" Premyer Liqada 27 oyundan sonra 50 xalla 3-cü pillədə qərarlaşıb. Domeniko Tedeskonun baş məşqçi olduğu komanda bu gün Tula "Arsenal"ını məğlub edəcəyi təqdirdə, "Lokomotiv"i keçərək 2-ci sıraya yüksələcək.

Yusuf Ələkbərov
Yusuf Ələkbərov

Son xəbərlər

Orphus sistemi