Rusiyanın "Rostov" komandasının yeni baş məşqçisi bəlli olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Yuri Syomin təyinat alıb. 74 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Təcrübəli baş məşqçi Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpini əvəzləyib.
Qeyd edək ki, son klubu Moskva "Lokomotiv"i olan Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"yə başçılıq edib.