Yuri Syomin istefa verib

Yuri Syomin istefa verib Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib.
Futbol
25 Sentyabr , 2021 15:08
Yuri Syomin istefa verib
Yuri Syomin

Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub.

74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.

Qeyd edək ki, "Rostov" cari mövsümdə ölkə çempionatında keçirdiyi 8 oyunun yalnız 1-də qələbə qazana bilib. 4 qarşılaşmada uduzub, 3 dəfə heç-heçə edən komanda hazırda 6 xalla 16 klub arasında 15-cidir. Syomin bu ilin avqustunda "Rostov"un sükanı arxasına keçmişdi.

Təcrübəli mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ" klubuna da başçılıq edib.

Son xəbərlər

Orphus sistemi