Yuri Maksimov: "Qarabağ"ın "Vorskla"ya qalib gəlməsində maliyyə amili rol oynadı"

Yuri Maksimov: "Qarabağ"ın "Vorskla"ya qalib gəlməsində maliyyə amili rol oynadı" Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan komandalarının oyunlarını izləyirəm. “Qarabağ”ın “Vorskla” ilə görüşlərinə baxmışam”.
Futbol
13 Noyabr , 2018 16:51
Yuri Maksimov: Qarabağın Vorsklaya qalib gəlməsində maliyyə amili rol oynadı

Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan komandalarının oyunlarını izləyirəm. “Qarabağ”ın “Vorskla” ilə görüşlərinə baxmışam”.

Bunu “Report”a “Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimov “Qarabağ”ın UEFA Avropa Liqasında “Vorskla”ya qarşı keçirdiyi oyunlar haqqında danışarkən deyib.

Ukraynalı mütəxəssis həmyerlilərinin maddi problemlərinin olduğunu və bunun ikinci matçda nəticəyə təsir etdiyini vurğulayıb: “Vorskla” əvvəlki komanda deyil. İndi klubun fərqli büdcəsi var. Bura maliyyə problemləri də əlavə olunub. "Qarabağ" maliyyə sarıdan bu klubdan birbaş üstündür. Səfər qələbəsində də bu amil rol oynadı”.

Y.Maksimov 2017-ci ilin dekabrında baş məşqçi təyin olunduğu “Keşlə” ilə Azərbaycan Kubokunun qalibi olub. O, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə məğlubiyyətdən bir neçə gün sonra – iyunun 16-da istefa verib.

Qeyd edək ki, “Qarabağ” Bakıda “Vorskla”ya 1 cavabsız qolla uduzsa da, səfərdə eyni hesabla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi