Yuri Kolomoyets: "Meydanda güclü olduğumuzu göstərməyə çalışacağıq"

Yuri Kolomoyets: "Meydanda güclü olduğumuzu göstərməyə çalışacağıq" Poltava. 7 noyabr. REPORT.AZ/ Qələbələr bizə özünəinamı artırır. Hər bir oyunu mümkün qədər uğurla keçirməyə çalışırıq. Sabahkı matç da istisna olmayacaq. İlk görüşdə hücumda çox oynamasaq da, sabah fərqli olacaq. Meydanda güclü olduğumuzu göstərməyə çalışacağıq.
Futbol
7 Noyabr , 2018 20:17
Yuri Kolomoyets: Meydanda güclü olduğumuzu göstərməyə çalışacağıq

Poltava. 7 noyabr. REPORT.AZ/ "Qələbələr bizə özünəinamı artırır. Hər bir oyunu mümkün qədər uğurla keçirməyə çalışırıq. Sabahkı matç da istisna olmayacaq. İlk görüşdə hücumda çox oynamasaq da, sabah fərqli olacaq. Meydanda güclü olduğumuzu göstərməyə çalışacağıq.

"Report" xəbər verir ki, bunu Ukraynanın "Vorskla" klubunun futbolçusu Yuri Kolomoyets Poltavada "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib.

28 yaşlı hücumçu bildirib ki, şanslar bərabərdir: "Bu, oyuna necə yanaşmağımızdan, fiziki və psixoloji hazırlıqdan asılı olacaq. Görüşə ciddi hazırlaşmışıq. Məşqçilər heyəti görüşdən əvvəl yenə rəqibi yaxşı analiz edib müsbət və mənfi tərəflərini bizə bir daha deyəcəklər".

Kolomoyets hücumçu kimi qol vurmasının vacibliyinə diqqət çəkib: "İlk görüşdə məhsuldar ötürmə etdim və zərbələrimdən biri dirəyə dəydi. Sabah isə qol vurmaq və məhsuldar ötürmə etmək üçün çalışacağıq. Hər bir oyuna maksimum köklənməyə və özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışırıq. Rəqibin səviyyəsinin bizim üçün önəmi yoxdur. Poltavanı və Ukraynanı təmsil etdiyimizi anlayırıq. O cümlədən "Qarabağ"la qarşılaşma da bütün ölkə üçün vacib oyundur".

Son xəbərlər

Orphus sistemi