Yurgen Klopp "Liverpul"un tarixinə düşüb

Yurgen Klopp "Liverpul"un tarixinə düşüb İngiltərə Premyer Liqasının IX turunda "Mançester Yunayted"lə oyun "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.
Futbol
25 Oktyabr , 2021 14:00
Yurgen Klopp Liverpulun tarixinə düşüb

İngiltərə Premyer Liqasının IX turunda "Mançester Yunayted"lə oyun "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Mersisayd təmsilçisində 200-cü qələbəsini qazanıb.

O, 331-ci qarşılaşmada bu uğura yiyələnib. Klopp "qırmızılar"da 200-cü qələbəyə ən tez çatan baş məşqçidir.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi