Yurgen Klopp: "Ferqyusonla yemək yemək Roma Papası ilə tanış olmaq kimidir"

Yurgen Klopp: "Ferqyusonla yemək yemək Roma Papası ilə tanış olmaq kimidir" İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"in əfsanəsi Ser Aleks Ferqyusonla görüşündən danışıb.
Futbol
349
28 İyul , 2020 13:11
Yurgen Klopp: Ferqyusonla yemək yemək Roma Papası ilə tanış olmaq kimidir

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"in əfsanəsi Ser Aleks Ferqyusonla görüşündən danışıb.

"Report"un məlumatına görə, almaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında həmkarını təyifləyib.

Klopp Ferqyusonu Roma Papasına bənzədib: "O, tanış olduğum ilk britaniyalı mütəxəssisdir. Birlikdə səhər yeməyi yedik. Özünün bunu nə dərəcədə xatırlayacağını bilmirəm, amma mənim yadımdadır. Ferqyusonla yemək yemək Roma Papası ilə tanış olmaq kimidir. "Liverpul"un baş məşqçisi olaraq bunu bəlkə də deməməliyəm. Amma ona heyranam".

Qeyd edək ki, "Liverpul" Yurgen Kloppun başçılığı altında 30 ildən sonra çempionluq sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi