Yurgen Klinsman həbsdə olan futbolçunu yığmaya çağırıb

Yurgen Klinsman həbsdə olan futbolçunu yığmaya çağırıb Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsman Çində danışılmış oyunlara görə saxlanılan futbolçuya dəvət göndərib.
Futbol
5 İyun , 2023 13:54
Yurgen Klinsman həbsdə olan futbolçunu yığmaya çağırıb

Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsman Çində danışılmış oyunlara görə saxlanılan futbolçuya dəvət göndərib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hazırda həbsdə olan Son Cun Xonu yığmaya çağırıb.

59 yaşlı çalışdırıcı bildirib ki, bu, 31 yaşlı yarımmüdafiəçiyə dəstək nümayişidir.

Çinin "Şandun Tayşan" klubunda çıxış edən təcrübəli oyunçu ötən ay baş məşqçisi Hao Veyin şikayəti əsasında həbs olunub.

Qeyd edək ki, Cənubi Koreya millisi iyunun 16-da Peru, 4 gün sonra isə El Salvador yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Son xəbərlər

Orphus sistemi