Yunis Hüseynov: "Mən də vaxtilə penaltini vura bilməmişəm"

Yunis Hüseynov: "Mən də vaxtilə penaltini vura bilməmişəm" "Bu gün qələbə qazanmaq istəyirdik. Rəqib yaxşı komanda idi. Buna baxmayaraq yaxşı oynadıq. Təəssüf ki, imkanları qola çevirə bilmədik. Rəqibin qapıçısı qələbə əsas pay sahibi oldu".
Futbol
28 Avqust , 2020 00:19
Yunis Hüseynov: Mən də vaxtilə penaltini vura bilməmişəm

"Bu gün qələbə qazanmaq istəyirdik. Yaxşı komandaya qarşı yaxşı da oynadıq. Təəssüf ki, imkanları qola çevirə bilmədik. Rəqibin qapıçısı qələbədə əsas pay sahibi oldu".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Albaniya "Laçi"sinə penaltilər seriyasında uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, penaltilər seriyası lotereyadır: "Futbolçularda inamsızlıq var idi. Bu, məni məyus etdi. İlkin Qırtımov kapitandır, məsuliyyəti üzərinə götürdü. Ona heç nə demədim. Əslində penaltilər seriyasına hazırlaşmışdıq. Sadəcə, əvvəldən müəyyənləşdirdiyimiz futbolçular sonradan tərəddüd etdilər".

Məğlubiyyətə rəğmən, baş məşqçi komandasının oyunundan razı qaldığını vurğulayıb: "Pis oynamadıq. Heç kim uduzmaq istəməz. Sadəcə, inamsızlıq rol oynadı. Mən özüm də vaxtilə penaltini vura bilməmişəm. Futbolda belə hallar olur".

Hüseynov Cavid İmamverdiyevin tam hazır olmadığını söyləyib: "Rəqib azlıqda qalandan sonra bizə meydanın mərkəzində belə bir oyunçu lazım idi. Ona görə onu buraxdıq. Kim güclüdürsə, o da oynayacaq".

Təcrübəli mütəxəssis rəqibin baş məşqçisinin fikirlərinin ona maraqlı olmadığını deyib: "Epizodları görməmək üçün eynək taxmaq lazım idi".

Son xəbərlər

Orphus sistemi