Yunis Hüseynov: "Laçi" güclü komandadır"

Yunis Hüseynov: "Laçi" güclü komandadır" "Sabah bizi ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə olacaq. Bu inamı bizə futbolçular verir".
Futbol
26 Avqust , 2020 18:57
Yunis Hüseynov: Laçi güclü komandadır
Yunis Hüseynov

"Sabah bizi ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə olacaq. Bu inamı bizə futbolçular verir".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Albaniya "Laçi"si ilə oyunöncəsi mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, rəqibi təhlil ediblər: "Laçi" güclü komandadır. Avrokubok matçları fərqli olur. Rəqibin hücum xətti güclüdür. Hücumçuları 26 qolla ötən mövsüm bombardir olub. Amma zəif cəhətləri də var".

Baş məşqçinin sözlərinə görə, Şaxrux Qadoyev zədə səbəbindən sabahkı görüşü buraxacaq: "Əvəzində Cavid və Kamara sıraya dönüblər".

Hüseynov heyəti tam müəyyənləşdirmədiyini deyib: "Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti dəqiqləşdirəcəyik".

Baş məşqçi oyun öncəsi həyəcanlı olmadığını vurğulayıb: "Həyəcan yoxdur. O vaxt "Karvan"da Avropa Liqasında mərhələ keçən ilk məşqçi olmuşam. Məndən sonra "Xəzər Lənkəran" mərhələ adlamayıb".

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt"la oyunundan sonra hücumçu Aleksandr Kristovaonun əvəzlənərkən əsəbiləşməsinə münasibət bildirib: "Heç bir futbolçu mənim qərarıma əsəbiləşə bilməz. Bu, mümkün deyil. Hər bir futbolçu əvəzlənə bilər. Buna görə kiməsə cəza vermək fikrim yoxdur".

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da oynanılacaq "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi