Yunis Hüseynov: "İkinci hissədə özümüzə gəldik və qələbə qazandıq"

Yunis Hüseynov: "İkinci hissədə özümüzə gəldik və qələbə qazandıq" “Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik”.
Futbol
7 Noyabr , 2020 16:38
Yunis Hüseynov: İkinci hissədə özümüzə gəldik və qələbə qazandıq

“Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik”.

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın IX turunda evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, vacib qələbə qazanıblar: “Bu gün qələbə bizə lazım idi. Ötən tur ağır məğlubiyyət aldıq, futbolçuları toparlamaq çətin idi. Birinci hissədə öz oyunumuzdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci yarıda özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik”.

Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bunun səbəbi nə idi?
- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynadı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. “Qəbələ”nin oyununu təhlil etdikdən sonra bu qərara gəldim.

- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?
- Bəli. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.

Son xəbərlər

Orphus sistemi