Yunanıstan klubları "Neftçi"də çıxış edən futbolçunu icarəyə götürmək istəyir

Yunanıstan klubları "Neftçi"də çıxış edən futbolçunu icarəyə götürmək istəyir Yunanıstanın iki klubu "Neftçi"nin futbolçusu Mamadu Kane ilə maraqlanır.
Futbol
147
19 Yanvar , 2022 10:10
Yunanıstan klubları Neftçidə çıxış edən futbolçunu icarəyə götürmək istəyir
Mamadu Kane

Yunanıstanın iki klubu "Neftçi"də çıxış edən futbolçu Mamadu Kane ilə maraqlanır.

"Report" "Sportdog.gr" nəşrinə istinadən xəbər verir ki, Superliqa təmsilçiləri 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Müqavilə ilə "Olimpiakos"a məxsus olan qvineyalı oyunçunun bu klublardan birinə icarəyə veriləcəyi gözlənilir.

Məşqçilər korpusu Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi hədəfləyir.

Qeyd edək ki, Mamadu Kane hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir. Yarımmüdafiəçi icarə ilə "Neftçi"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi