Yunanıstan çempionatının oyunları hakimə hücuma görə təxirə salınıb

Yunanıstan çempionatının oyunları hakimə hücuma görə təxirə salınıb Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.
Futbol
21 Dekabr , 2018 13:33
Yunanıstan çempionatının oyunları hakimə hücuma görə təxirə salınıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.

"Report" Yunanıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb ölkənin FIFA referisi Thanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsidir. Bildirilib ki, çempionat oyunları qış fasiləsindən sonra keçiriləcək.

Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməməyi qərarı alıb. 

Son xəbərlər

Orphus sistemi