Yunan azarkeşlər PAOK - "Qarabağ" oyunu öncəsi təxribata əl atıblar - FOTO

Yunan azarkeşlər PAOK - "Qarabağ" oyunu öncəsi təxribata əl atıblar - FOTO Azarkeşlər stadiona Ermənistan bayrağı ilə gəliblər
Futbol
367
3 Noyabr , 2016 23:33
Yunan azarkeşlər PAOK - Qarabağ oyunu öncəsi təxribata əl atıblar - FOTO

Yunanıstan, Soloniki. 3 noyabr. REPORT.AZ/ Bir neçə dəqiqədən sonra Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda start götürəcək Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.

"Report"un Salonikiyə ezam olunmuş əməkdaşının məlumatına görə, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.

Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.

İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil ola bilməzlər.

Son xəbərlər

Orphus sistemi