Yohan Valem: "Komandam fantastik oynadı"

Yohan Valem: "Komandam fantastik oynadı" “Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı".
Futbol
13 Oktyabr , 2020 23:13
Yohan Valem: Komandam fantastik oynadı
Yohan Valem

“Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı".

"Report"un məlumatına görə, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem Albaniyanın Elbasan şəhər stadionunda Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

Belçikalı mütəxəssis komandasının bacardığının daha artığını etmək istədiyini vurğulayıb: "Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir.

Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.

Qeyd edək ki, bu heç-heçə sayəsində Kipr qrupda ilk xalını qazanıb.

Son xəbərlər

Orphus sistemi