Yohan Valem: "Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var"

Yohan Valem: "Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var" "Sabah yaxşı komandaya qarşı matçımız olacaq. Oyunçularıma, komandama hər zamankından daha çox inanıram. Futbolçular, assosiasiya və hamımız eyni şey uğrunda mübarizə aparmaq istəyirik: Bu, komandanı daha yaxşı duruma gətirməkdir".
Futbol
12 Oktyabr , 2020 20:40
Yohan Valem: Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var
Yohan Valem

"Sabah yaxşı komandaya qarşı matçımız olacaq. Oyunçularıma, komandama hər zamankından daha çox inanıram. Futbolçular, assosiasiya və hamımız eyni şey uğrunda mübarizə aparmaq istəyirik: Bu, komandanı daha yaxşı duruma gətirməkdir".

"Report"un məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının IV turunda Azərbaycan komandasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, ən qısa müddətdə müsbət nəticə qazanmağa ehtiyacları var. "Sabah üçün hazır olduğumuzu düşünürəm. Bu, bizim missiyamızdır. Düzgün düşüncə tərzi ilə komandaya yeni nəsə gətirmək niyyətindəyik. Həmişə mübarizə aparırıq və müsbət düşünürük. Hər matçda inkişaf etməyə çalışacağıq".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi