Yohan Valem: "Azərbaycana qarşı ilk matçda bəzi səhvlər etdik"

Yohan Valem: "Azərbaycana qarşı ilk matçda bəzi səhvlər etdik" "Bir neçə gün ərzində 3 oyunumuz var. Bu matçlar bizim üçün daha çətin olacaq. Hər üç görüşə hazır olmaq üçün əlimizdən gələni edəcəyik".
Futbol
6 Oktyabr , 2020 19:01
Yohan Valem: Azərbaycana qarşı ilk matçda bəzi səhvlər etdik
Yohan Valem

"Bir neçə gün ərzində 3 oyunumuz var. Bu matçlar bizim üçün daha çətin olacaq. Hər üç görüşə hazır olmaq üçün əlimizdən gələni edəcəyik". 

"Report"un məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem yoldaşlıq görüşündə Çexiya, UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə oynayacaqları matçlar barədə danışarkən deyib. 

48 yaşlı mütəxəssis komandaya 8 yeni futbolçu çağırıldığı üçün məmnun olduğunu bildirib: "Növbəti dəfə daha çox yeni oyunçu görmək istəyirəm. Yığmaya gəldiyim ilk gündən 30 futbolçudan ibarət kollektivə sahib olmaq istədiyimi deyirəm". 

Valem sabah Çexiya kimi güclü komandaya qarşı oynayacaqlarını söyləyib. Baş məşqçi Millətlər Liqasının ilk iki turunda Monteneqroya 0:2, Azərbaycana isə 0:1 hesabı ilə uduzduqları görüşlər barədə də danışıb: "Oyunları təhlil etdim, bəzi səhvlər var idi. Amma müsbət məqamları da gördük. Nəzərə almalıyıq ki, komandada çox şeyi dəyişmişik. Futbolçular, texniki heyət, düşüncə və oyun tərzi dəyişib. Bütün bunlar çox rol oynayır. Hər şeydən əvvəl komandanın inkişaf etdiyini görmək istəyirəm". 

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi