Həddindən artıq qiymətləndirilənlər: Cerrard Ronaldu və Messini qabaqladı

Həddindən artıq qiymətləndirilənlər: Cerrard Ronaldu və Messini qabaqladı İkinci sırada 22 faizlik göstərici ilə "Mançester Yunayted"in fransalı futbolçusu Pol Poqba qərarlaşıb. Braziliya futbolunun canlı əfsanəsi Pele (20 faiz) 3-cüdür
Futbol
3826
13 Oktyabr , 2020 12:09
Həddindən artıq qiymətləndirilənlər: Cerrard Ronaldu və Messini qabaqladı
Stiven Cerrard

"Ace Footbal" nəşri bütün dövrlərdə dünyanın həddindən artıq qiymətləndirilən futbolçularının reytinqini açıqlayıb.

"Report" xəbər verir ki, siyahıya İngiltərə millisinin və "Liverpul"un yarımmüdafiəçisi Stiven Cerrard başçılıq edir. Hazırda Şotlandiya "Reyncers"inin baş məşqçisi olan veteran oyunçu 6121 azarkeş arasında keçirilmiş sorğunun nəticəsinə əsasən 23,5 faiz toplayıb.

İkinci sırada 22 faizlik göstərici ilə "Mançester Yunayted"in fransalı futbolçusu Pol Poqba qərarlaşıb. Braziliya futbolunun canlı əfsanəsi Pele (20 faiz) 3-cüdür.

Reytinq cədvəlində ilk "10-luq" aşağıdakı kimidir:

1. Stiven Cerrard (veteran futbolçu) - 23,5 faiz

2. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 22 faiz

3. Pele (veteran futbolçu) - 20 faiz

4. Kilian Mbappe (PSJ, Fransa) - 19 faiz

5. Dieqo Maradona (veteran futbolçu) - 18 faiz

6. Rayan Giqqz (veteran futbolçu) - 16 faiz

7. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 15,5 faiz

8. Devid Bekhem (veteran futbolçu) - 15 faiz

9. Kriştianu Ronaldu ("Yuventus", İtaliya) - 14 faiz

10. Lionel Messi ("Barselona", İspaniya)

Son xəbərlər

Orphus sistemi