Yeni zelandiyalı futbolçu 2022-ci ilin ən yaxşısı seçilib

Futbol
  • 10 fevral, 2023
  • 08:18
Yeni zelandiyalı futbolçu 2022-ci ilin ən yaxşısı seçilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Okeaniya Futbol Konfederasiyası (OFC) üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

“Report” xəbər verir ki, IFFHS-ın versiyasına görə, bu ada Yeni Zelandiya millisinin və İngiltərənin “Nottingem Forest” klubunun hücumçusu Kris Vud layiq görülüb.

OFC-də ilin ən yaxşı gənc futbolçusu isə Danimarkanın “Kopenhagen” klubunun yeni zelandiyalı yarımmüdafiəçisi Marko Stameniç seçilib.