Yarış zamanı ağır qəza: Velosipedçi komaya düşdü

Yarış zamanı ağır qəza: Velosipedçi komaya düşdü Hollandiyalı veloyürüşçü Fabio Yakobsen "Polşa turu"nun finişində ciddi qəzaya düşüb.
Futbol
415
6 Avqust , 2020 02:10
Yarış zamanı ağır qəza: Velosipedçi komaya düşdü
0 : 00
0 : 00

Hollandiyalı veloyürüşçü Fabio Yakobsen "Polşa turu"nun finişində ciddi qəzaya düşüb. 

"Report"un "Yahoo"ya istinadən məlumatına görə, "Deceuninck-QuickStep" komandasının üzvü yarış zamanı "Jumbo-Visma"dan Dilan Qrunevegenlə toqquşaraq trasdan kənara uçub. 

Hazırda Yakobsen komadadır. O, kəllə-beyin travması alıb və çoxlu qan itirib. İdmançının həyatı təhlükədədir.

Daha 4 veloyürüşçü isə zədələnib. Onlardan 2-si xəstəxanaya çatdırılıb. 

Orphus sistemi