Yaponiya səfiri və Keysuke Honda ilə görüş keçirilib
Futbol
- 16 mart, 2021
- 10:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Toplantıda Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayında UEFA Avropa Liqasının final oyununun təşkil olunduğu, bu il isə AVRO-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.
“Neftçi” klubunun prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.
Son xəbərlər
12:10
Dünya Bankı: Azərbaycanla Orta Dəhlizə potensial investisiya qoyuluşunu müzakirə edirik - Eksklüziv
İnfrastruktur
12:09
Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur
Milli Məclis
12:08
Azərbaycan hibrid iş modelinin tətbiqi ilə bağlı dəyişikliklər planlaşdırır
Biznes
12:04
"Xankəndi" futbol komandasının doğma şəhərinə köçürülməsi planlaşdırılır
Futbol
12:02
Hesablama Palatası "yaşıl büdcə" mexanizminin tətbiqini tövsiyə edib
Maliyyə
11:59
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11 % artıb
Biznes
11:58
Azərbaycanda minimum əməkhaqqının müntəzəm nəzərdən keçirilməsi üçün işçi qrupu fəaliyyətə başlayıb
İqtisadiyyat
11:57
Naxçıvanda vergi daxilolmaları 11 % artıb
Maliyyə
11:55
Nazir müavini: "Qeyri-neft-qaz sektorunun artımı müəyyən edilmiş hədəfi üstələyir"
Maliyyə