Yakub Jezniçak: "Rəqibin hücumçularını dayandırmağa çalışacağam"

Yakub Jezniçak: "Rəqibin hücumçularını dayandırmağa çalışacağam" "Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam"
Futbol
11 Sentyabr , 2017 23:21
Yakub Jezniçak: Rəqibin hücumçularını dayandırmağa çalışacağam
Qarabagh

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik".

"Report" xəbər verir ki, bunu sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Londonda "Çelsi"nin qonağı olacaq “Qarabağ” klubunun müdafiəçisi Yakub Jezniçak bildirib.

“Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam”, - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi