Yakub Jezniçak: "Lex" "Qarabağ"dan qorxmamalıdır"

Yakub Jezniçak: "Lex" "Qarabağ"dan qorxmamalıdır" "Lex" Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsində oynamaq haqqında düşünürsə, "Qarabağ" kimi komandadan qorxmamalıdır".
Futbol
4 İyul , 2022 14:58
Yakub Jezniçak: Lex Qarabağdan qorxmamalıdır
Yakub Jezniçak

"Lex" Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsində oynamaq haqqında düşünürsə, "Qarabağ" kimi komandadan qorxmamalıdır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə Azərbaycan çempionu arasında baş tutacaq oyunlar haqqında danışarkən deyib.

"Visla" (Plotsk) klubunda çıxış edən 36 yaşlı polşalı müdafiəçi Poznan təmsilçisinin püşkdə bəxtinin gətirmədiyini bildirib: "Komanda püşkatmada mövcud olan mümkün rəqiblərdən ən çətinini tapdı. Daha yaxşı püşk ola bilərdi. Onları ilk turda çox çətin səfər gözləyir".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"ın formasını 2017 - 2019-cu illərdə geyinib. "Köhlən atlar" “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi