İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon XXI əsrin ən yaxşı qapıçısı elan edilib.
“Report” xəbər verir ki, müasir dövrün ən yaxşı qapıçılarının reytinqini Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
XXI əsrin ümumi reytinqi 2001 - 2020-ci illərdə dövrün illik reytinqlərinin uyğunlaşdırılması prinsipi üzrə təşkil edilib. Siyahıya “Top-20”yə düşmüş qapıçılar daxil olublar. İllik reytinqdə birinci yeri tutan qapıçıya 20 bal, ikinci yerə 19 bal, sonrakılara da eyni prinsip üzrə ballar verilib.
Canluici Buffon ("Yuventus", İtaliya) – 330 bal
İker Kasilyas (keçmiş "Real Madrid", İspaniya) – 244
Petr Çex (keçmiş "Çelsi", Çexiya) – 218
Manuel Noyer ("Bavariya", Almaniya) – 183
Tibo Kurtua ("Real Madrid", Belçika) – 130
Viktor Valdes (keçmiş “Barselona", İspaniya) – 113
Uqo Loris ("Tottenhem", Fransa) – 106
Edvin van der Sar ( keçmiş "Mançester Yunayted", Niderland) – 105
Oliver Kan (keçmiş "Bavariya", Almaniya) – 99
Keylor Navas (PSJ, Kosta-Rika) – 93
Dida (keçmiş "Milan", Braziliya) – 90
Yan Oblak ("Atletiko", Sloveniya) – 85
Mark-Andre ter Ştegen ("Barselona", Almaniya) – 78
David De Xea ("Mançester Yunayted", İspaniya) – 75
Yens Lemann (keçmiş "Arsenal", Almaniya) – 72 və digərləri.
Qeyd edək ki, daha əvvəl IFFHS həmçinin XXI əsrin ən yaxşı hakimlərinin siyahısını dərc edib. Birinci yeri almaniyalı Feliks Brix tutub.
Canluici Buffon karyerasında fevralın əvvəllərində 1 100-cü matçına çıxıb. Bu, "İnter"lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.