İngiltərə klubu Kvaratsxeliyanı istəyir
Futbol
- 21 may, 2021
- 06:34
Rusiyanın "Rubin" komandasının futbolçusu Xviça Kvaratsxeliyanı almağa əsas namizədlərdən biri İngiltərə "Everton"udur.
"Report"un "RB Sport"a istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Zenit"ə keçməkdə maraqlı deyil. O, Avropa klublarından birinə yollanacağına ümid edir.
Daha əvvəl atası, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya Xviça Kvaratsxeliyanın tezliklə "Rubin"dən gedəcəyini və Rusiyada qalmayacağını açıqlayıb. Klubun idman direktoru Oleq Yarovinski isə futbolçunun top-çempionatlardan birinə transferi istiqamətində danışıqların getdiyini bildirib.
X.Kvaratsxeliyanı İtaliya "Milan"ının texniki direktoru Paolo Maldini və "Napoli"nin baş məşqçisi Cennaro Qattuzonun da izlədiyinə dair xəbərlər yayılıb.
Son xəbərlər
18:22
Seyid Yəhya Bakuvi beynəlxalq konfransının iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
Din18:22
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
İnfrastruktur18:21
Foto
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
Xarici siyasət18:19
Foto
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
İKT18:12
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
Daxili siyasət18:12
"Sumqayıt" klubunda iclas keçirilib, komandanın yeni kapitanı açıqlanıb
Futbol18:10
Ötən ay Azərbaycandan 113 nəfər deportasiya edilib
Daxili siyasət18:09
Azərbaycan Rusiyadan 7 ayda buğda tədarükünü 6 dəfəyə yaxın artırıb
ASK18:06
Foto