Xristov: "Hacıyevski rusca elə danışırdı ki, azərbaycanlı futbolçular heç nə anlamırdı"

Xristov: "Hacıyevski rusca elə danışırdı ki, azərbaycanlı futbolçular heç nə anlamırdı" "Gyoko Hacıyevski "Bakı"nın baş məşqçisi olanda komandada bizim bölgədən xeyli futbolçu var idi".
Futbol
9 Avqust , 2021 19:12
Xristov: Hacıyevski rusca elə danışırdı ki, azərbaycanlı futbolçular heç nə anlamırdı
Georgi Xristov

"Gyoko Hacıyevski "Bakı"nın baş məşqçisi olanda komandada bizim bölgədən xeyli futbolçu var idi".

"Report"un məlumatına görə, bunu "Bakı" klubunun sabiq futbolçusu Georgi Xristov "mondo.ba" saytına müsahibəsində paytaxt klubunda çıxış edərkən şahidi olduğu maraqlı hadisə barədə danışarkən deyib.

Bosniya və Herseqovinadan olan veteran hücumçunun sözlərinə görə, komandanın baş məşqçisi Hacıyevski rus dilində elə danışırdı ki, azərbaycanlı oyunçular heç nə başa düşmürdülər: "Bir dəfə paltardəyişmə otağında iclas gedir. Baş məşqçi həmişə olduğu kimi, guya, rusca danışır. Serbiyalı oyunçularla bir-birimizə baxırıq. Biz hər şeyi başa düşsək də, azərbaycanlılar heç nə anlamırlar. Halbuki, mən özüm məktəbdə heç vaxt rus dilini öyrənməmişəm. Sonradan bildik ki, Hacıyevski əslində serb dilində danışır, sadəcə, bəzi məqamlarda rus sözlərindən istifadə edir. Təbii ki, həmin vaxt gülməkdən öldük".

Keçmiş forvard şimali makedoniyalı mütəxəssisin "Bakı"da yaxşı ab-hava yaratdığını söyləyib: "Bunun nəticəsində 2008-ci ildə titul qazandıq. Sentyabrda Antaliyaya təlim-məşq toplanışına yollanmışdıq. Çimərliklər turistlərlə dolu idi. Hacıyevski dedi ki, sizin dənizə girdiyinizi görmək istəmirəm. Təbii ki, mən həmin vaxt dənizdə çimib, günəş vannası qəbul etdim (gülür)".

Xristov həmin vaxt Azərbaycanın yenicə inkişaf etməyə başladığını bildirib: "Bir neçə il öncə "Metallurq"un heyətində "Qarabağ"la oyun üçün Azərbaycana yollanmışdım. Bakını görəndə gözlərimə inanmadım. Bu, sanki, mənim orada oynayarkən gördüyüm şəhər deyildi. Bakı indi çox dəyişib, inkişaf edib".

Qeyd edək ki, Georgi Xristov 2008-ci ildə "Bakı"nın formasını geyinib. Paytaxt təmsilçisi 2014-cü ildə fəaliyyətini dayandırıb.

Son xəbərlər

Orphus sistemi