Xorxe Sampaoli: "Qurban Qurbanov ləyaqətli hərəkət etdi"

Xorxe Sampaoli: "Qurban Qurbanov ləyaqətli hərəkət etdi" Sampaoli "Qarabağ"la oyundan sonra qələbəni şərh etdi
Futbol
25 Fevral , 2022 00:08
Xorxe Sampaoli: Qurban Qurbanov ləyaqətli hərəkət etdi

"Qurban Qurbanov ləyaqətli hərəkət etdi".

"Report"un məlumatına görə, bunu Fransa "Marsel"inin baş məşqçisi Xorxe Sampaoli "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis Ağdam klubundakı həmkarının feyr-pley nümunəsi göstərdiyini bildirib: "Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim".

Sampaolinin sözlərinə görə, belə hal onun başına gəlsəydi, hakimin qərarına təsir etməzdi: "Əksinə, qolu qeyd edərdim. "Qarabağ"ın Konfrans Liqasındakı digər matçlarını da izləmişəm. Komanda hər iki matçdan bizdən üstün idi. Yalnız oyunçuların fərdi ustalığına görə qələbə əldə etdik".

O, qarşılaşmanın çətin keçdiyini söyləyib: "Hər iki görüş ağır keçdi. Amma bu dəfə qələbəni daha rahat əldə etdik. Stiv Mandanda oyunun ən yaxşısı idi".

Son xəbərlər

Orphus sistemi