Xorvatiyalı mütəxəssis Azərbaycan millisindən təklif alıb

Xorvatiyalı mütəxəssis Azərbaycan millisindən təklif alıb Xorvatiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının sabiq baş məşqçisi Luka Pavloviçin Azərbaycanda işləmək variantı yaranıb.
Futbol
11 Avqust , 2021 11:28
Xorvatiyalı mütəxəssis Azərbaycan millisindən təklif alıb
Luka Pavloviç

Xorvatiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının sabiq baş məşqçisi Luka Pavloviçin Azərbaycanda işləmək variantı yaranıb.

"Report"un məlumatına görə, bu barədə 58 yaşlı mütəxəssisin özü Moldova mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın U-18 yığmasının sükanı arxasına keçə bilərmiş, lakin alınmayıb. Pavloviç təklifin nə vaxt gəldiyini və təyinatın hansı səbəbdən baş tutmadığını açıqlamayıb.

Qeyd edək ki, hazırda bu yaş qrupu üzrə milliyə Miloş Velebit başçılıq edir.

Son xəbərlər

Orphus sistemi