Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start verilib.
Futbol
25 sentyabr 2022 20:43
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya səfərdə Avstriyanı, Danimarka isə Fransanı məğlub edib.

4-cü qrupda Niderland Belçikaya, Polşa Uelsə qalib gəlib.

C Liqasının bugünkü görüşləri formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli olub. Gecənin sensasiyasına evdə Türkiyəni yenən Farer adaları imza atıb.

D Liqasında Latviya səəfərdə Andorra ilə heç-heçəyə razılaşıb., Moldova isə evdə Lixtenşteynə qalib gəlib.

Beləliklə, sonuncu turun ilk oyun gününün nəticələrindən sonra Xorvatiya və Niderland yığmaları qrup qalibi kimi final mərhələsinə adlayıblar. Avstriya və Uels A Liqasını tərk edib. Latviya isə həm C Liqasına, həm də pley-offa yüksəlib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

A Liqası

1-ci qrup

22:45. Avstriya - Xorvatiya - 1:3

Qollar: Kristof Baumqartner, 9 - Luka Modriç, 6. Marko Livaya, 69. Deyan Lovren, 72

22:45. Danimarka - Fransa - 2:0

Qollar: Kasper Dolberq, 34. Andreas Skov Olsen, 39

Xal durumu: Xorvatiya - 13, Danimarka - 12, Fransa - 5, Avstriya - 4

4-cü qrup

22:45. Niderland - Belçika - 1:0

Qol: Vircil van Deyk, 73

22:45. Uels - Polşa - 0:1

Qol: Karol Sviderski, 58

Xal durumu: Niderland - 16, Belçika - 10, Polşa - 7, Uels - 1

C Liqası

1-ci qrup

22:45. Farer adaları - Türkiyə - 2:1

Qollar: Vilyormur Davidsen, 51. Yohan Edmundsson, 59 - Serdar Gürler, 89

22: Lüksemburq - Litva - 1:0

Qol: Jerson Rodriges, 89

Xal durumu: Türkiyə - 13, Lüksemburq – 11, Farer adaları – 8, Litva – 1

3-cü qrup

20:00. Slovakiya - Belarus - 1:1

Qollar: Adam Zrelyak, 65 - İvan Baxar, 45

20:00. Azərbaycan - Qazaxıstan - 3:0

Qollar: Aleksandr Maroçkin, 66 (öz qapısına). Filip Ozobiç, 74. Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 10, Slovakiya - 7, Belarus - 3

D Liqası

17:00. Andorra - Latviya - 1:1

Qollar: Albert Rosas, 88 - Vladislav Qutkovski, 50

17:00. Moldova - Lixtenşteyn - 2:0

Qollar: Viktor Stine, 90+2; 90+4

Xal durumu: Latviya - 13, Moldova - 13, Andorra - 8, Lixtenşteyn - 0.

Orphus sistemi