Xorvatiya millisinin sabiq baş məşqçisi vəfat etdi

Xorvatiya millisinin sabiq baş məşqçisi vəfat etdi Krançarın ağır xəstəlikdən öldüyü bildirilib
Futbol
1 Mart , 2021 15:55
Xorvatiya millisinin sabiq baş məşqçisi vəfat etdi
Zlatko Krançar

Futbol üzrə Xorvatiya yığmasının sabiq baş məşqçisi Zlatko Krançar dünyasını dəyişib.

"Report" Xorvatiya Futbol İttifaqının rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, mütəxəssis 64 yaşında vəfat edib.

Krançarın ağır xəstəlikdən öldüyü bildirilib.

Qeyd edək ki, Zlatko Krançar Yuqoslaviya və Xorvatiya yığmalarının formasını geyinib. O, son olaraq, 2018 - 2019-cu illərdə İranın U-23 yığmasında baş məşqçi işləyib. Krançar 2004 - 2006-cı illərdə Xorvatiya seçməsinin sükanı arxasında olub.

Son xəbərlər

Orphus sistemi