​"Xəzər Lənkəran" klubu baxışa iki futbolçu çağırıb

​"Xəzər Lənkəran" klubu baxışa iki futbolçu çağırıb Baxışa gələn futbolçulardan biri geri qaytarılıb
Futbol
18 Yanvar , 2016 18:45
​Xəzər Lənkəran klubu baxışa iki futbolçu çağırıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu baxışa iki futbolçu çağırıb. "Report"un məlumatına görə, "Sumqayıt"ın müdafiəçisi Nodar Məmmədov və "Turan Tovuz"un yarımmüafiəçisi Tuqay Alhüseynli bu gün baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında "ağ-yaşıllar"ın heyətində ilk məşqlərinə çıxıblar.

Futbolçuların baxışdan uğurla keçəcəyi təqdirdə, hər ikisi ilə münasibətlər rəsmiləşdiriləcək.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında bildirib ki, Tovuz təmsilçisindən baxışa 2 futbolçu çağırılsa da, onlardan biri geri göndərilib. Səbəb futbolçunun baş məşqçinin istəyinə cavab verməməsidir.

Klub rəsmisinin sözlərinə görə, komanda bu gündən məşqlərə start verib.

Son xəbərlər

Orphus sistemi